Qeyri-hökumət Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə

Milli Diplom

 

 

Məqsəd

Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin Milli Maliyyə Hesabatı Standartlarına (MMHS) keçməsi haqqında 29 iyun 2004-cü il tarixində imzalanmış sərəncama və "Mühasibat Uçotu Haqqında" 2 sentyabr 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununa (№716 İİQ) müvafiq olaraq, Milli Maliyyə Hesabatı Standartlarını tətbiq edəcək səriştəli Azərbaycan mühasiblərini Milli Maliyyə Hesabatı Standartları sahəsində lazımi bacarıqlar və uyğun professional biliklərlə tanış etmək.

Kimlər iştirak edə bilər?
  • Mühasibatlıq sahəsində müvafiq ali təhsil almış və ən azı 2 illik təcrübəyə malik olan mühasib və ya auditor (işəgötürən tərəfindən təsdiqlənməlidir) VƏ YAXUD
  • Mühasibatlıq sahəsində ən azı 3 illik təcrübəyə malik olan mühasib və ya auditorlar (işəgötürən tərəfindən təsdiqlənməlidir).
Gözlənilən nəticələr
  • Maliyyə hesabatı sahəsində beynəlxalq tənzimləmənin strukturu haqqında anlayış;
  • Müvafiq beynəlxalq mühasibat uçotu və beynəlxalq maliyyə hesabatı standartlarının praktiki situasiyalarda tətbiqi;
  • Beynəlxalq mühasibat uçotu, beynəlxalq maliyyə hesabatı standartlarına və "Beynəlxalq Maliyyə Hesabatları üzrə Şərhlər Komitəsi"nin qərarlarına uyğun maliyyə hesabatının hazırlanması;
  • Törəmə, asılı və birgə müəssisələri özündə birləşdirən qrupların maliyyə hesabatının hazırlanması;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları əsasında Azərbaycan Respublikasında qüvvədə olan Milli Maliyyə Hesabatı Standartlarının iş prosesində praktik tətbiqi haqqında biliklərin əldə edilməsi.
Sertifikatlaşdırıcı İmtahan

Tədris kursunun sonunda keçiriləcək 3 (üç) saatlıq 15 (on beş) dəqiqəlik yazılı sertifikatlaşdırıcı imtahanda uğur qazanan namizədlər beynəlxalq səviyyədə tanınan diplomla təltif olunur. Şəffaflığı və peşəkar yanaşmanı təmin etmək məqsədilə imtahanın nəticələri GRBS®-lə partnyorluq sazişi əsasında Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvü Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən qiymətləndiriləcəkdir.

Kurs haqqında təfsilatlı məlumat

Kurs növü:

Taught + Revision

Tədris dili:

Azərbaycan

       

Cədvəl növü:

Həftə içi    

Qiymət:

1010 AZN  

   
Gün: Воскресенье    
Saat: 09:30 - 13:30    

Ümumi müddət:

56 saat

   
 Qiymətə daxildir: Göstərilmiş qiymətə hazırlıqla yanaşı kofe-breyklər və ACCA (Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyası) tərəfindən təsdiq olunmuş BPP Learning Media nəşriyyatının lisenziya əsasında GRBS® tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş unikal tədris vəsaitlərinin və ya rus dilli tədris vəsaitlərinin tam paketi.
 
 

Keçirilmə yeri:

Səməd Vurğun küçəsi 77 • Zabitlər Parkı • Baku AZ1022, Azərbaycan

 


Kursun başlamasından 30 gün əvvəl qeydiyyatdan keçənlər əlavə 5% endirim əldə edəcəklər


 

Qeydiyyat
  • ONLAYN rejimdə qeydiyyat (daha sürətli və rahat servis).
  • Faks və ya E-mail: Qeydiyyat Formasını doldurub qeyd olunan nömrələrə  (994 12) 437-10-51/ 61 və ya ipq@grbs.com elektron poçt ünvanına göndərin.

Yerlər məhduddur, ən qısa zamanda qeydiyyatdan keçməyinizi tövsiyə edirik.
Müvəffəqiyyətliliyin təminatı

Əgər Taught+Revision kursunda iştirak etmək üçün tövsiyələrimizə riayət etsəniz və aşağıdakı ÜÇ şərti təmin etsəniz, inanırıq ki, Sizin imtahanı müvəffəqiyyətlə verməyə əla şansınız var:

  1. Taught+Revision kursunda davamlı şəkildə iştirak etmək
  2. Hər iki Aralıq Testdə minimum 50% toplamaq
  3. Yoxlama imtahanında minimum 50% toplamaq

 

Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilərsə, LAKİN bununla belə tələbə imtahandan kəsilərsə, bu halda  GRBS®   tələbələrin təkrarən kurslarda iştirakını PULSUZ təmin edir və ikinci dəfə imtahanda iştirak etmək üçün təkrar qeydiyyat haqqını öz üzərinə götürür. Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilmədən, tələbə imtahandan kəsilərsə, tələbənin təkrarən kursda iştirakı kursun iştirak haqqının 50%-nı ödəməklə mümkün olacaq.

 

Endirimlər
  • GRBS® eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2 iştirakçı  üçün 4%, 3 iştirakçı üçün 6%, 4 iştirakçı üçün 8%, 5-10 iştirakçı üçün 10%, 10 və daha artıq iştirakçı üçün daha çox endirim təklif olunur (daha ətraflı).
  • CNPA kvalifikasiyası üzrə hər ardıcıl kursda iştirak edənlərə 5%-lik endirim verilir (yalnız fiziki şəxslər üçün).
  • 16 yaşdan 23 yaşa qədər olan şəxslərə 10% endirim tətbiq edilir.
  • Bakalavr pilləsində təhsil alan tələbələr 10% endirim imkanından yararlana bilər
  • Dövlət sahəsində çalışan işçilərin hər biri 10% endirim tətbiq edilir.
  • MYBRAND'S kart sahibləri 10% endirim imkanından yararlana bilər.
  • AG Club kart sahiblərinə 10 %-lik güzəşt tətbiq edilir.
  • ISIC kartının sahiblərinə 10% endirim tətbiq edilir.
  • GRBS® Biz Klub abunəçilərinə 10% endirim təklif edir.
  • UniBank Endirim Club üzvlərinə 10% endirim tətbiq edilir.
  • Hərbi xidmətdən son 1 il ərzində tərxis olunmuş hər bir gənc oğlana 21 % və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir
  • GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün xüsusi endirimlər tətbiq edir (daha ətraflı).

 

Xüsusi qeydlər:

  • Müştəri yalnız bir endirim təklifindən yararlana bilər
Dosta tövsiyə
  • Əgər Sizin tövsiyənizlə dostunuz/həmkarınız CNPA üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün kursun dəyərindən 38 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 38 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz CNPA üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Siz GRBS®-də keçirilən hazırlıq kurslarını iki nəfərdən artıq olmayaraq dostunuza və ya həmkarınıza tövsiyə edə bilərsiniz.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.
Qeydiyyatın təxirəsalınma və ləğv edilmə proseduru

Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə GRBS®-in Beynəlxalq Peşəkar Kvalifikasiyalar istiqamətinin nümayəndələrinə təmsilçilərinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 7 (yeddi) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-i həcmində cərimə ödənilməlidir.Kursun başlanma tarixindən sonra qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olan müştərilərimiz kurs haqqının 100%-həcmində cərimə ödəməlidirlər.

Xaricdən olan müştərilər üçün
GRBS® aşağıdakı əlavə xidmətləri təqdim edir: müştərinin qarşılanması və müşayiəti, oteldə yerləşdirilmə və mədəni-əyləncəvi proqramlar (daha ətraflı). 

  Kursun PROQRAMI və dərslərin CƏDVƏLİ ilə əlaqədər daha ətraflı məlumat üçün, xahiş olunur yükləyin:

 BROŞÜR (PDF 850KB) və KURSUN PROQRAMI (PDF, 165KB)

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: