Magistr girişi nədir?


Bu, MBA və ya mühasibat uçotu üzə magistr dərəcəsi sahiblərinin birbaşa CIMA-nın strategic səviyyə imtahanlarına keçmək üçün verə biləcəkləri qiymətləndirmədir.

 

Giriş yolu mənə necə fayda verəcəkdir?
Siz giriş imtahanından uğurla keçdiyiniz təqdirdə, CIMA peşəkar kvalifikasiyasından 11imtahandan azad olma əldə edəcək və idarəetmə uçotu üzrə CIMA advanced diplomu ilə təltif olunacaqsınız.

 

Bu, sizə CIMA Adv Dip MA işarə hərflərindən istifadə etməyə və birbaşa strategic səviyyəli imtahanlara keçməyə imkan verir.

 

Mən CIMA-ya qoşulmaq haqqında düşünürəm və giriş yolu üçün hüququm var. Mən bu giriş yolundan istifadə etməliyəmmi?
Biz CIMA-nın E2, F2 və P2 imtahanlarının proqramını və keçmiş giriş imtahanı materialını diqqətlə nəzərdən keçirməyinizi tövsiyə edirik. Əgər siz proqramda əhatə olunan sahələr üzrə yaxşı biliyə malik olduğunuza inanırsınızsa, onda giriş yolu sizin üçün üstünlük verilməli bir seçim ola bilər.

 

Əgər sizin E2, F2 və ya P2 üzrə öz biliklərinizdə şübhəniz varsa, biz sizə normal azad olma yolunu seçməyi tövsiyə edirik. Normal azad olma yolu vasitəsilə sizə verilən azad olmalar sizin tamamladığınız universitet modullarına və ya hansı peşəkar quruma mənsub olmağınıza əsaslanır. Qeydiyyatdan əvvəl hər hansı sualınız yaranarsa, prospectivestudents@cimaglobal.comünvanına elektron məktub göndərin.  

 

Yeni CIMA tələbələri üçün qeydiyyat hüququ:
Qeydiyyatdan keçdiyiniz təqdirdə siz öz MBA və magistr təhsilinizin bütün mərhələləri üçün transkript/qiymət cədvəllərini göndərməlisiniz.

 

Mövcud CIMA tələbələri:Əgər siz yuxarıdakı meyarlara cavab versəniz, bu giriş yolu ilə daxil olmaq hüququna malik ola bilərsiniz.

 

Əgər siz hər hansı CIMA imtahanından kəsilmisinizsə, giriş yolu üçün hüquqa malik olmaq üçün  əvvəlcə bu imtahandan keçməlisiniz. Əgər siz meyarlara cavab verirsinizsə və bu yol üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı ünvana elektron məktub göndərin: student.admissions@cimaglobal.com. Sizə üç iş günü ərzində cavab veriləcəkdir.

 

CIMA təhsilini təxirə salmış/tərk etmiş CIMA tələbələri:
Siz də bu yol üçün müraciət edə bilərsiniz. “Mövcud CIMA tələbələri” üçün olan eyni qaydalar sizə də tətbiq olunacaqdır. Sizdən CIMA tələbəsi kimi yenidən qeydiyyatdan keçmək və sonra student.admissions@cimaglobal.com ünvanına bu yol üçün müraciət etmək istədiyinizi ifadə edən məktub göndərməlisiniz.

 

Qeydiyyat üçün son tarixlər
Siz istənilən vaxt CIMA tələbəsi kimi qeydiyyatdan keçə bilərsiniz.

 

Lakin qiymətləndirmə imtahanı ildə iki dəfə, may və noyabr aylarında keçirilir.

 

Aşağıdakı qeydiyyat üçün son tarixlərə diqqət edin:

 

  • May imtahanı üçün siz 31 yanvar tarixinə qədər tələbə kimi qeydiyyatdan keçməlisiniz
  • Noyabr imtahanı üçün siz 31 iyul tarixinə qədər tələbə kimi qeydiyyatdan keçməlisiniz.

 

Mən CIMA tələbəsi kimi qeydiyyatdan necə keçə bilərəm?

 

Yeni CIMA tələbələri:
Siz burada qeydiyyatdan keçə bilərsiniz.Siyahıdan magistr giriş yolunu seçin.

 

'Further details'bölməsində siz 'If you are joining as part of our professional or master's gateway scheme, please select your relevant qualification' sualına cavab olaraq “master gateway route” seçin.

 

Onlayn qeydiyyat prosesinin sonunda sizdən tam GBP600 məbləğini ödəmək tələb olunacaqdır. Ödəniş debet/kredit kartı vasitəsilə və ya xaricdə yaşayırsınızsa, bank çeki vasitəsilə edilə bilər.

 

Ödənişi haraya göndərmək lazım olduğu ilə bağlı məlumatı qeydiyyat prosesinin sonunda görəcəksiniz.

 

Magistr giriş yolu üçün qeydiyyat haqqı GBP 600 təşkil edir.

 

Bu qiymətə nə daxildir?
Bu paketə daxildir: CIMA-ya qeydiyyat haqqı, birinci ilin abunə haqqı, bir imtahana qeydiyyat və qiymətləndirmə imtahanında bir cəhd, üç CIMAstudy.com onlayn təhsil modulu (E2, P2 və F2) üstəgəl aşağıdakı seçimlərdən birində olan iki digər modul.

 

Seçim A: C1 + C2: Bu seçim qeyri-mühasibat profilli MBA məzunları və ya əsaslar üzrə biliklərini təzələmək istəyən hər kəs üçün münasib ola bilər. Bu imtahanlar maliyyə və idarəetmə uçotunun əsaslarını əhatə edir; bunlar giriş imtahanı üçün “fərz olunan biliklər” hesab olunurlar.

 

Seçim B: P1 + F1: Bu seçim giriş qiymətləndirməsinin bir hissəsini təşkil edən performans və maliyyə ilə bağlı materiallarla daha yaxından tanış olmaq istəyən MBA məzunları üçün münasib ola bilər. Performans mərhələsi maliyyənin strategiyanın formalaşdırılması və tətbiqinə necə vasitəçilik etdiyini nəzərdən keçirir; maliyyə mərhələsi isə maliyyə hesabatlarının necə hazırlandığını və şərh olunduğunu nəzərdən keçirir.

 

Seçim C: E1 + P1: Bu seçim diqqətini müəssisə və performans mərhələlərinə yönəltmək istəyən  mühasibat uçotu üzrə magistrlər üçün münasib ola bilər. Müəssisə mərhələsi strategiyanın necə formalaşdırıldığını və tətbiq edildiyini nəzərdən keçirir. Performans mərhələsi isə maliyyənin strategiyanın formalaşdırılması və tətbiqinə necə vasitəçilik etdiyini nəzərdən keçirir.

 

Seçim D: E1 + F1: Bu seçim müəssisə və maliyyə mərhələlərinə diqqətini yönəltmək istəyən mühasibat uçotu üzrə magistrlər üçün münasib ola bilər. Müəssisə mərhələsi strategiyanın necə formalaşdırıldığını və tətbiq edildiyini nəzərdən keçirir; maliyyə mərhələsi isə maliyyə hesabatlarının necə hazırlandığını və şərh olunduğunu nəzərdən keçirir.

 

Seçim etməkdə sizə kömək etmək üçün cari certificate professional səviyyələrinin proqramlarına nəzər salın.

 

Özünüz üçün ən münasib alternativi seçin.

 

Mən artıq CIMA tələbəsiyəm. Mən bu yol üçün GBP600 ödəməliyəmmi? 
Bəli, siz bu məbləği ödəməli olacaqsınız. 

 

Mən daha əvvəl CIMA tələbəsi olmuşam və MBA/mühasibat uçotu üzrə magistr dərəcəm var. CIMA-ya yenidən qoşulmaq üçün nə qədər ödəməliyəm?
MBA və ya mühasibat uçotu üzrə magistr dərəcəsi olan və CIMA təhsilini təxirə salmış CIMA tələbəsi olaraq siz magistr giriş yolundan istifadə hüququna maliksiniz.

 

Siz GBP600 ödəməli olacaqsınız, buraya sizin yenidən qeydiyyat haqqınız da daxildir. Siz həmçinin hər hansı mövcud imtahan haqlarını da ödəməli olacaqsınız.

 

CIMA tələbəsi kimi qeydiyyatdan keçmək üçün mən hansı sənədləri göndərməliyəm?
Qeydiyyatdan keçdiyiniz təqdirdə siz öz MBA və magistr təhsilinizin bütün mərhələləri üçün transkript/qiymət cədvəllərini və məzun olmağınız haqqında sertifikatı göndərməlisiniz.

 

Bu sənədlər elektron poçt vasitəsilə CIMA-ya göndərilməlidir: documents@cimaglobal.com. Öz CIMA ID nömrənizi də daxil etməyi unutmayın.

 

Əgər siz sənədlərinizi elektron poçt vasitəsilə göndərə bilmirsinizsə, onları yerli CIMA ofisinə göndərə: www.cimaglobal.com/Our-locations və ya faksla göndərə bilərsiniz: F. +44 (0)870 787 9408.

 

Mən ödənişi necə etməliyəm?
Əgər siz Birləşmiş Krallıqda yaşayırsınızsa, onlayn qeydiyyat prosesində kredit/debet kartı vasitəsilə ödəniş etməyiniz tələb olunacaqdır.

 

Birləşmiş Krallıqdan kənarda yaşayanlar debet/kredit kartı vasitəsilə və ya bank çeki vasitəsilə ödəniş etmək seçiminə malikdirlər. Ödənişi haraya göndərmək lazım olduğu ilə bağlı məlumatı qeydiyyat prosesinin sonunda görəcəksiniz.

 

Xahiş edirik, nəzərə alın ki, biz nağd ödəniş qəbul etmirik.

 

Bu qiymətə nə daxildir?
Giriş paketinə daxildir:

 

  • beş CIMAstudy.com modulu
  • bir imtahana qeydiyyat (əgər siz imtahana gəlməsəniz, öz pulsuz imtahan kreditinizi itirirsiniz).

 

Siz giriş qiymətləndirməsini uğurla tamamladığınız təqdirdə CIMA-nın CBA səviyyəsindən, operationalmanagement səviyyələrindən azad olacaqsınız (11 imtahan).

 

Bu azad olmalar giriş qiymətinə daxildir.

 

Mən giriş imtahanını harada verə bilərəm?
Giriş imtahanını bütün CIMA yazılı imtahan mərkəzlərində vermək mümkün olacaqdır.

 

Əgər mən giriş imtahanından kəsilsəm, onu yenidən verməyin qiyməti nə qədər olacaqdır?
Giriş imtahanı üçün bütün gələcək qeydiyyatlar üçün operational/management səviyyəli imtahanlar üçün mövcud olan standart səviyyədə ödəniş tutulacaqdır.

 

Əgər mən imtahana gəlməsəm, növbəti dəfə qeydiyyatdan keçməyin qiyməti nə qədər olacaqdır?
Əgər siz giriş imtahanı üçün qeydiyyatdan keçsəniz və imtahana gəlməsəniz, bu, sizin bir pulsuz imtahan qeydiyyatınız kimi sayılacaqdır. Növbəti qeydiyyatınız üçün operational/management səviyyəli imtahanlar üçün mövcud olan standart səviyyədə ödəniş tutulacaqdır.

 

İmtahan üçün hazırlıq

Giriş imtahanının proqramı necədir?

Giriş imtahanı management səviyyəli əsas materialı əhatə edir (E2, F2 və P2). İmtahandan keçmək şansınızı artırmaq üçün siz hər üç imtahanın proqramı ilə tanış olmalısınız.

 

İmtahanın strukturu və proqramı aşağıdakı kimidir:

 

A bölməsi (75%)– CIMA-nın management səviyyəli imtahanlarının aşağıdakı sahələri üzrə hərəsi 25 bal dəyərində 3 icbari sual:

 

  1. P2 performance management proqramı, mövzu B - cost planning and analysis for competitive advantage
  2. E2 enterprise management proqramı, mövzu B - project management
  3. F2 financial management proqramı, mövzu A - group financial statements

 

B bölməsi (25%) – P2, E2 və F2 imtahanlarının A bölməsində əhatə olunmayan bütün yerdə qalan sahələri üzrə cəmi 25 bal dəyərində daha qısa icbari test sualları.

 

Management səviyyəsi üçün tam proqramı buradan tapa bilərsiniz.

 

Mən giriş imtahanı üçün necə hazırlaşa bilərəm?
Biz sizin giriş imtahanının proqramı ilə (yuxarıda baxın) tanış olmağınızı tövsiyə edirik. Biz həmçinin bizim təhsil resursları bölməsi və tələbə birliyi bölmələrimizə baxmağınızı tövsiyə edirik.

 

Mən giriş imtahanı üçün praktiki imtahan materiallarını haradan tapa bilərəm?
Praktiki imtahan materialları magistr giriş yolu səhifəsində yerləşdirilib.

 

İmtahanla bağlı rəy və imtahandan kəsilmə

 

Mən öz performansım haqqında rəy ala bilərəmmi?
Siz dörd sualın hər biri üzrə balların təhlilini alacaqsınız. Siz həmçinin inzibati nəzərdən keçirilmə tələb edə bilərsiniz. Bu, öz ballarınızla bağlı konkret bir sualınız olduğu təqdirdə sizin imtahan vərəqlərinizin əlavə yoxlanmasıdır. Bu, sizin cavablarınız haqqında yazılı rəy təmin etmir.

 

İmtahan üçün imtahan sonrası bələdçi olacaqmı?
Bəli. Cavablar imtahandan bir neçə həftə sonra CIMA internet səhifəsində yerləşdiriləcək və imtahan sonrası bələdçi imtahandan təxminən 3-4 ay sonra əldə oluna biləcəkdir.

 

Əgər mən giriş imtahanından kəsilsəm, onu yenidən vermək üçün neçə cəhd imkanım olacaq?
Siz ödəniş etməklə imtahandan keçənə qədər istədiyiniz qədər cəhd edə bilərsiniz.

 

Əgər mən giriş imtahanından kəsilsəm, imtahan nəticələrimin yenidən yoxlanılması mümkündürmü?
Xeyr. Bütün CIMA imtahanlarında olduğu kimi, heç bir yenidən yoxlama seçimi yoxdur. 

 

 

QEYD: bu səhifədə əks olunan məlumatlar CIMA-nın rəsmi internet saytından götürülmüşdür: http://www.cimaglobal.com

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: