CIMA Master's Gateway

GRBS® regionda ilk CIMA Learning Listed Tuition Provider statusunu almış tədris mərkəzi olaraq, Sizi 15 Fevral 2014-cü il tarixinda başlayacaq CIMA Master's Gateway hazırlıq kurslarında iştirak etməyə və beynəlxalq səviyyədə tanınmış təlimçilərimizin çoxillik təcrübələrindən bəhrələnməyə dəvət edir. Bizim hazırlıq kurslarımızda iştirak etməklə siz ilk cəhddən imtahanları uğurla keçmək şansınızı artırmış olursunuz.
CIMA MASTER'S GATEWAY İMTAHANI NƏDİR?

CIMA MBA və ya Mühasibat Uçotu üzrə Magistr dərəcəsi sahiblərini gələcək biznes liderləri kimi tanıyır və onlar üçün CIMA peşəkar kvalifikasiyası üzrə sürətli yol hazırlamışdır.

 

MBA və ya Mühasibat Uçotu üzrə Magistr dərəcəsi sahibi olaraq siz CIMA Master's Gateway imtahanında iştirak etmək hüququna maliksiniz. İmtahandan uğurla keçdiyiniz təqdirdə siz 11 CIMA Professional Qualification imtahanlarından azad ediləcək (ödənişsiz olaraq) və idarəetmə uçotu üzrə CIMA Advanced Diploma in Management Accounting diplomu ilə təltif olunacaqsınız.

 

Bundan sonra siz P3, E3 və F3 Strategic səviyyə imtahanlarını verə bilərsiniz.

 

Daha ətraflı məlumat üçün: CIMA web səhifəsi və ya CIMA Master's Gateway Route səhifəsi.
ƏTRAFLI MƏLUMAT

İştirak haqqı:

960 AZN (kursun qiyməti) + 780 AZN (Master's gateway route üçün qeydiyyat)
Qiymətə daxildir:
Akkreditə edilmiş tədris vəsaitləri (CMGA study text, E2 - Enterprise Management study text, P2 - Performance Management study text, F2 - Financial Management study text), aralıq sınaq imtahanları, son sınaq imtahanı, 1 illik abunə haqqı,imtahana qeydiyyat və çay-kofe fasilələri.
 
 
Tədris dili:
İngilis
Kursun müddəti:
80 saat
 
Məşğələlərin cədvəli:

Hər Bazar saat 09:30-13:30 və hər Cümə axşamı saat 19:00-21:00

Tarix: 22 Fevral - 17 May, 2015
Keçirilmə yeri:
GRBS International Training Centre, Caspian Plaza, 7-ci mərtəbə
 
 
NƏ ÜÇÜN GRBS?

Bizim KEYFİYYƏTLİ TƏDRİS və UĞURLU NƏTİCƏLƏRİN sübutu olaraq CIMA tərəfindən akkreditasiya və təsdiqimiz var. Beləliklə, Azərbaycanda akkreditə edilmiş eksklüziv CIMA Tədris Partnyoru olaraq Sizə ƏN YÜKSƏK NƏTİCƏLƏR gətirən ƏN KEYFİYYƏTLİ təlim xidmətlərini təklif edirik.

  • ƏN YÜKSƏK İMTAHAN NƏTİCƏLƏRİ və ən yüksək keçid balları
  • AKKREDİTƏ EDİLMİŞ TƏLİMÇİ-EKSPERTLƏR
  • Akkreditə edilmiş ORİJİNAL DƏRSLİKLƏR
  • AKKREDİTƏ EDİLMİŞ TƏDRİS PROSESİ və proqramlar
  • İmtahana ödənişsiz hazırlıq məşğələləri
  • MÜVƏFFƏQİYYƏTİN TƏMİNATI proqramı
  • Rahat Ödəniş İmkanı – HİSSƏLİ ÖDƏNİŞ
İMTAHANDA KİM İŞTİRAK EDƏ BİLƏR?

Yalnız MBA və ya Mühasibat Uçotu üzrə Magistr dərəcəsinə malik olan şəxslər qeydiyyatdan keçə bilərlər.

 

Yeni CIMA tələbələri üçün qeydiyyat:

 

Qeydiyyatdan keçərkən siz öz MBA və magistr təhsilinizin bütün mərhələləri üçün transkript/qiymət cədvəllərini təqdim etməlisiniz.

 

Mövcud CIMA tələbələri:

 

Əgər siz yuxarıdakı meyarlara cavab versəniz, bu giriş yolu ilə daxil olmaq hüququna malik ola bilərsiniz.

ENDİRİMLƏR VƏ GÜZƏŞTLƏR
  • Eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2 iştirakçı 4%, 3 iştirakçı 6%, 4 iştirakçı 8%, 5-10 iştirakçı 10%, 10 və daha artıq iştirakçı üçün (daha ətraflı)
  • 5% - kvalifikasiyalar üzrə hər ardıcıl kursda iştirak edənlərə (yalnız fiziki şəxslər üçün)
  • 10% - 16 yaşdan 23 yaşa qədər olan şəxslərə
  • 10% - dövlət sahəsində çalışan işçilərə
  • Hərbi xidmətdən son 1 il ərzində təxris olunmuş hər bir gənc oğlana 21 % və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir
  • XÜSUSİ ENDİRİM: CMGA imtahanında iştirak etmiş, lakin bu günə qədər bu imtahandan keçməmiş hər bir şəxsə 40% eksklüziv endirim təklif edilir
  • Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün xüsusi endirimlər tətbiq edilir (daha ətraflı)

 

Xüsusi qeydlər:

  • Müştəri yalnız bir endirim təklifindən yararlana bilər.

QEYDİYYATIN TƏXİRƏSALINMA/LƏĞV EDİLMƏ PROSEDURU

Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə "GRBS International Professional Qualifications" MMC-in nümayəndələrinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 7 (yeddi) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-i həcmində cərimə ödənilməlidir.Kursun başlanma tarixindən sonra qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olan müştərilərimiz kurs haqqının 100%-həcmində cərimə ödəməlidirlər.

QEYDİYYAT

Yerlər məhduddur, ən qısa zamanda qeydiyyatdan keçməyinizi tövsiyə edirik.

 

 

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: