Xaricdən olan Müştərilər üçün

 

Qarşılamaq Və Müşayiət Etmək

GRBS, səriştəli işçiləri tərəfindən Müştərinin qarşılanması və otelə qədər müşayiət edilməsini təşkil edir. Bu xidmətə Müştərinin hava limanında (dəmir yolu vağzalında və ya dəniz limanı terminalında) qarşılanması, otelə qədər, həmçinin oteldən təlimin keçirildiyi məkana qədər müşayiət edilməsi daxildir.  Xidmət xaricdən gələn Müştərilərimiz üçün tamamilə pulsuzdur.

Oteldə yerləşdirilmə

Bizim xaricdən və Azərbaycan Respublikası regionlarından gələn müştərilərimizin rahatlığı üçün biz öz "bq hotels" adlı otel şəbəkəsinin 3 ulduzlu Noah's Ark otelini təklif edirik.

Mədəni-əyləncəli proqram

Bildiyimiz kimi, yad şəhərdə olmaq bu şəhərin görməli yerləri və mədəniyyəti ilə tanış olmağa böyük maraq yaradır. Bununla əlaqədar, GRBS əlavə olaraq 1 nəfərdən 10 nəfərədək həm klassik, həmdə fərdi ekskursiyalar təşkil edir.

 

 

Klassik ekskursiyalar

Klassik ekskursiyalara Bakı şəhəri və şəhərətrafı tanınmış yerlərin ziyarət edilməsi daxildir:

  • Qız qalası
  • Şirvanşahlar Sarayı
  • Muhamməd ibn Abu-Bəkr Məscidi
  • Fəvvarələr Meydanı
  • Dağüstü Park
  • Bulvar
  • Bayıl Qəsri
  • Yanar Dağ
  • Atəşgah
  • Qobustan

 

Diqqətinizə çatdırmaq istəyirik ki, proqram Müştərinin istək və məqsədləri əsasında hazırlanır.

 

 

Fərdi ekskursiyalar

Fərdi ekskursiyalara dair proqram, klassikdən fərqli olaraq, xüsusi görməli yerlər toplusundan ibarət deyil. Fərdi proqram Müştərinin istəyi əsasında tərtib edilir. Arzunuzdan asılı olaraq siz İçəri şəhərin qədim küçələrində gəzə, funikulyorda gəzintiyə çıxarkən Bakı şəhərini seyr edə və ya Bakı Metro stansiyalarına tamaşa edə bilərsiniz.

 

 

Axşam istirahəti

Diqqətəlayiq yerləri zövqlə tamaşa etdikdən sonra qonaqlarımız üçün axşam istirahətini təşkil edirik: teatr, restoran, fitnes-klub, akvapark, əyləncə mərkəzləri.

 

Klassik Ekskursiyaların Qiyməti:

Qrupda iştirakçı sayı

1-2

3-5

6-10

1 saat, Avro məbləğində, bir nəfər üçün

15

10

5

Müştəri üçün nəzərdə tutulan fərdi ekskursiyanın və ya axşam istirahətinin qiyməti  1 saat, Avro məbləğində, bir nəfər üçün hesablanaraq qabaqcadan razılaşdırılır.

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: