Siz Nəyi Bilməlisiniz

SİZ NƏYİ BİLMƏLİSİNİZ

Sertifikatlaşdırılmış Idarəetmə Mühasibi

Sertifikatlaşdırılmış İdarəetmə Mühasibi kvalifikasiyasını əldə etmək və CIMA-nın üzvü olmaq üçün Siz aşağıdakıları etməlisiniz:

  • CIMA-nın Biznes Mühasibat Uçotu Sertifikatına layiq görülməlisiniz və ya ondan azad edən digər kvalifikasiyaya malik olmalısınız

  • CIMA Peşəkar Kvalifikasiyasının doqquz imtahanını müvəffəqiyyətlə keçməlisiniz

  • Üç illik müvafiq praktiki təcrübəyə malik olub öz 'Career Profile’-nızıtəstiqlənmə üçün CIMA-ya yollamalısınız

  • İdarəetmə Uçotunda Peşəkar Kompetentlik Testini (TOPCIMA) keçməlisiniz

CIMA Certificate in Business Accounting

CIMA-nın Biznes Mühasibat Uçotu Sertifikatı CIMA Peşəkar Kvalifikasıyasının əldəedilməsi və Sertifikatlaşdırılmış İdarəetmə Mühasibi adını qazanmaq yolunda birinci addımdırBurada aşağıda göstərilən beş imtahan var:

  • C01 Fundamentals of Management Accounting
  • C02 Fundamentals of Financial Accounting
  • C03 Fundamentals of Business Mathematics
  • C04 Fundamentals of Business Economics
  • C05 Fundamentals of Ethics, Corporate Governance and Business Law

Bütün imtahanlar istənilən tərtibdə və istənilən kombinasiyalarda verilə bilər. CIMA-nın Biznes Mühasibat Uçotu Sertifikatına aid bütün imtahanları bitirdikdən sonraCIMA sizə onun bu səviyyələri keçməyinizi təsdiqləyən sertifikat yollayır.

CIMA-nın Peşəkar Kvalifikasiyası

CIMA-nın Peşəkar Kvalifikasıyası biznes sahəsinə aid uçot üzrə ixtisaslaşır və dünyada işəgötürənlər tərəfindən tanınırBurada üç tədris istiqaməti vardır:

  • Enterprise Pillar

  • Performance Pillar 

  • Financial Pillar

CIMA-nın Peşəkar Kvalifikasiyası üç səviyyəyə bölünür – Operational, İdarəetmə və Strateji. Hər üç səviyyə üç imtahandan ibarətdir. Son mərhələdə isə, əyani situasiyalardan ibarət imtahan olan TOPCIMA imtahanıdır.

CIMA-nın Peşəkar Kvalifikasıyasına birbaşa daxil olmaq üçün siz CIMA-nın Biznes Mühasibat Uçotu Sertifikatına yiyələnməlisiniz və ya ondan azad edən hər hansı digər kvalifikasiyaya malik olmalısınız.

İmtahanlardan azad olma və Sürətli Tədris Yolu

CIMA öz tələbələrinə onların aldıqları təhsildən asılı olaraq bir beçə imtahandan azad olma imkanı verir (daha ətraflı CIMA-nın internet səhifəsində oxuyun):

 

Qısa Yol 1

Əgər hər hansı bir tələbə akkreditasiya almış kvalifikasiyaya malik olarsa, Qısa Yol 1 proqramı çərçivəsində həmin tələbə imtahanlardan azad olma imkanını əldə edə bilər. Öz təhsil aldığınız təhsil ocağının CIMA tərəfindən qəbul olunduğunu və neçə imtahandan azad olma imkanı əldə edə biləcəyinizi öyrənmək üçün bura daxil olun: on-line CIMA Accredited Programmes database. Nəzərə alın ki, akkreditasiya dərəcəsini almış tələbələr CIMA imtahanlarının digər səviyyələrindən azad ola bilməzlər.

 

Qısa Yol 2

Əgər hər hansı bir tələbə CIMA Akkreditasiya Proqramları bazasında mövcud olmayan, lakin müəyyən ali təhsil ocağından uyğun Bakalavr və ya Magistr dərəcəsinə malikdirsə, “Graduate Accelerated Route 2” proqramı çərçivəsində həmin tələbə bir neçə imtahandan azad olmaq imkanını əldə edə bilər. Nəzərə alın ki, tələbənin müvafiq MBA dərəcəsi olmadığı halda, İdarəetmə və Strateji səviyyələrin heç bir imtahanından azad olmaq mümkün deyil. Əgər hər hansı tələbə CIMA-ya Qısa Yol 2 proqramı çərçivəsində imtahanlardan azad olmaq üçün müraciət edərsə, həmin tələbənin imtahanlardan azad olub-olmaması onun ali təhsili və ali təhsil ocağında keçdiyi fənlərdən asılı olacaq. Tələbənin maksimal sayda imtahandan azad olması da həmçinin fənn qruplarından asılıdır.

 

AAT - Qısa Yol

AAT (Mühasib Texniklərinin Assosiasiyası) texniki mərhələ imtahanlarını bitirmiş və bu haqda CIMA-ya müvafiq sənəd təqdim etmiş tələbələr CIMA-nın Sertifikat səviyyəsinin bütün beş fənnindən azad ola bilər.

 

Açıq Universitet Qısa Yolu

Açıq Universitetin Mühasibat Uçotu üzrə Sertifikatı olan tələbə CIMA-nın Sertifikat səviyyəsinin bütün beş fənnindən azad ola bilər.

 

Peşəkar Kvalifikasiyaları Qısa Yolu

Əgər tələbə hər hansı digər müvafiq kvalifikasiya imtahanlarını verir və ya artıq kvalifikasiyaya malikdirsə, həmin tələbə bir neçə imtahandan azad ola bilər. Siz potensial olaraq neçə imtahandan azad olmaq imkanını əldə etmək barədə məlumat almaq üçün CIMA-nın internet səhifəsində Akkreditasiya almış Proqramlar bazasına müraciət edin.

CIMA imtahanları ilə bağlı ödənişlər

CIMA tələbələri bütün müvafiq üzvlük və imtahanda iştirak etmək haqlarını ödəməlidirlər. Aşağıda 2008-ci ilin ödəniş haqları təqdim edilir:

Qeydiyyat

£ 70

İmtahanda iştirak haqqı

 
 

 

Biznes Mühasibat Uçotu üzrə CIMA Sertifikatı

£ 47*

İllik üzvlük haqqı

£ 97

İdarəetmə səviyyəsi

£ 79

   

Strateji səviyyə

£ 85

Təkrar qeydiyyat

£ 70

TOPCIMA

£ 147

   

Vaxtından gec qeydiyyat haqqı

£ 199

İmtahanlardan azad olmaqüçün ödəniş

 

Həddindən artıq gec qeydiyyat edilməyə görə ödəniş  haqqı

£ 399

Biznes Mühasibat Uçotu üzrə CIMA Sertifikatı

£ 47

İmtahan fənnini / mərkəzini dəyişmək üçün ödəniş haqqı

£ 32

İdarəetmə səviyyəsi

£ 79

İmtahan fənnini / mərkəzini gec tarixdə dəyişmək üçün ödəniş haqqı

£ 64

Strateji səviyyə

£ 85

İmtahan ödəniş haqqını ödəməmək üzrə İnzibatiödəniş haqqı

£ 64

* İmtahan mərkəzləri inzibati xərcləri ödəmək üçün əlavə ödəniş tələb edə bilər.

 

İmtahanlar

Biznes Mühasibat Uçotu üzrə CIMA Sertifikatının bütün imtahanları İmtahan mərkəzlərindəiki saat ərzində kompüter vasitəsi ilə keçiriləcəkBu imtahanlar ilin istənilən tarixində verilə bilər.

 

İdarəetmə və Strateji səviyyələrə aid imtahanlar, TOPCIMA ilə bərabər, üç saatlıq yazılıimtahandan ibarətdir. Bu imtahanlar ildə iki dəfə – May və Noyabr aylarında keçirilir .

  • Əgər siz İdarəetmə Səviyyəsinin imtahanlarını May ayında vermək istəyirsinizsə, siz 1 Mart tarixinədək Sertifikat Səviyyəsinin bütün kompüter vasitəsi ilə keçirilən imtahanlarını verməlisiniz.

  • Strateji Səviyyəyə daxil olmaq üçün siz mütləq İdarəetmə Səviyyəsini keçməlisiniz.

  • TOPCIMA imtahanında iştirak etmək üçün siz Strateji səviyyənin bütün üçimtahanını müvəffəqiyyətlə keçməlisiniz.

İmtahanlara qeydiyyat internet vasitəsi ilə həyata keçirilir:

 

  • May imtahanları üçün Fevral ayından Mart ayının ortalarına kimi

  • Noyabr imtahanlarına Avqust ayından Sentyabr ayının ortalarına kimi

İmtahanlara necə hazırlaşmaq lazımdı?

CIMA tələbələri imtahanlara hazırlaşmaq üçün bir çox müxtəlif variantlardan istifadə edəbilər:

Bu səhifədə əks olunan məlumat CIMA-nın rəsmi internet səhifəsindən götürülüb.

Daha ətraflı məlumat üçün www.cimaglobal.com müraciət edin

və ya CIMA Contactqrupu ilə əlaqə saxlayın:

 

CIMA
26 Chapter Street
London
SW1P 4NP
United Kingdom

 

T:+44 (0) 20 8849 2251      

E: cima.contact@cimaglobal.com

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: