CIMA Haqqında

CIMA haqqında

Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri İnstitutu (CIMA)

CIMA biznes fəaliyyətinə aid mühasibat uçotunda diqqətini cəmləşdirən idarəetmə uçotu sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkar kvalifikasiyanı təklif edən aparıcı üzvlük orqanıdır. CIMA öz fəaliyyətini 1919-cu ildə "İstehsalatda məsrəflərin uçotu üzrə Mühasiblər İnstitutu" kimi başlamışdır. Həmin tarixdən etibarən CIMA dünyanın 161 ölkəsində 164,000 tələbəsi olan ən böyük beynəlxalq mühasibat uçotu orqanlarından birinə çevrilmişdir.

 

CIMA təşkilatı daimi təkmilləşmə prinsipinə sadiq qalmağı və peşəkar, habelə tənzimləyici orqan kimi qəbul edilən reputasiyasını qoruyub saxlamağı öz öhdəsinə götürüb. CIMA get-gedə həm tələbələrin, həm də işə götürənlərin birinci seçiminə çevrilir. CIMA idarəetmə uçotu sahəsində ictimai əminliyi qoruyub saxlamaq üçün yüksək etik və peşəkar standartları dəstəkliyir. CIMA-nın tələbə və üzvləri onun etika qaydalarına, təlimatlarına, və nizamnaməsinə riayət etməlidirlər. Şura və onun komitələri tərəfindən müşahidə edilən CIMA-nın bütün idarəetmə fəaliyyətləri CIMA-nın üzvlərinin və tələbələrinin peşəkar standartlarını və kompetentliyini qorumaq üçün əsas təşkil edir.

Tam Biznes Fokusu

CIMA tam biznes fokusa malikdirCIMA-nın 99% üzv və tələbələri birbaşa maliyyə uçotu sahəsində  deyil, biznes strukturlarda çalışırlar.  Bu, İnstituta biznesin idarə edilməsi və strateji menecment uçotu sahəsində yeni peşəkar kvalifikasiyanın təklif edilməsi imkanını yaratdı.  Ümumilikdə, CIMA menecment, idarəetmə uçotu, layihələrin idarəedilməsi və strategiyalar sahəsində daha çox biliklər verir.

CIMA-nın tədris planı həm praktiki materialla, həm də yeniliklərlə zəngindir. Akademik təlimlə praktiki təcrübədən ibarət unikal qarışıq işə götürənləri onların istədikləri ilə Biznesin inkişafını artırmaq üçün aparıcı bilik və məharətə malik Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri – təmin etməkdə davam edir.  Bu birləşmə müasir təşkilatların ehtiyaclarını mükəmməl qaydada təmin edir.

CIMA Peşəkar Kvalifikasiyası

Sertifikatlaşdırılmış İdarəetmə Mühasibi kvalifikasiyasını əldə etmək üçün Siz aşağıdakıları etməlisiniz:

  • CIMA-nın Bizness Mühasibat Uçotu Sertifikatına layiq görülməlisiniz və ya ondan azad edən digər kvalifikasiyaya malik olmalısınız

  • CIMA Peşəkar Kvalifikasiyasının doqquz imtahanını müvəffəqiyyətlə keçməlisiniz

  • Üç illik müvafiq praktiki təcrübəyə malik olub öz 'Career Profile'-nızı təstiqlənmə üçün CIMA-ya yollamalısınız

  • İdarəetmə Uçotunda Peşəkar Kompetentlik Testini (TOPCIMA) keçməlisiniz

Aşağıdakı diaqram CIMA Peşəkar Kvalifikasiyasının strukturunu göstərir:

CIMA-nın Biznes Mühasibat Uçotu Sertifikatına və həmçinin CIMA Professional Kvalifikasiyasınınn İdarəetmə Uçotu üzrə Diplomuna (Operasional səviyyəsi) və İdarəetmə Uçotu üzrə Ali Diplomuna (İdarəetmə səviyyəsi) malik olduqda, CIMA tələbəyə onun bu səviyyələri keçməsini təsdiqləyən sertifikat yollayır.

Bu səhifədə əks olunan məlumat CIMA-nın rəsmi internet səhifəsindən götürülüb.

For more information please refer to www.cimaglobal.com

and/or contact CIMA Contact team:

CIMA
26 Chapter Street
London
SW1P 4NP
United Kingdom

 

T: +44 (0) 20 8849 2251

E: cima.contact@cimaglobal.com

 

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: