İNZİBATİ DƏSTƏK

GRBS®  CIMA-nın tələbələrini aşağıdakı inzibati dəstək xidməti ilə təmin edir

Xidmət

Qiymət*

CIMA-ya qeydiyyatın həyata keçirilməsi, qeydiyyat sənədlərinin hazırlanması üzrə məsləhətlərin verilməsi

75 AZN

CIMA tələbə statusu ilə əlaqədar problemli məsələlərin həll edilməsi

95 AZN

CIMA imtahanlarına qeydiyyat

55 AZN

CIMA-ya ödənişlərin köçürülməsi (illik ödəniş, imtahan/imtahandan azad olma ödənişi və s.)

85 AZN

Tədris materialları ilə təmin edilmə (CIMA tərəfindən akkreditə edilmiş nəşrlər)

Yalnız kitabların qiyməti ödənilir

CIMA Kvalifikasiyasına dair qiymətlər

  • İlkin qeydiyyat haqqı (qeydiyyat zamanı ödənilir) - £ 72

  • İllik abunə haqqı (birinci qeydiyyatdan sonrakı ilin Yanvarın birindən etibarən ödənilir) - £ 100

  • İlkin qeydiyyat üçün illik abunı haqqı - £ 0

  • Yenidən qeydə alma - £ 72

 

İmtahan və ondan azad olmaq üçün ödənişlər:

 

  • CIMA Certificate in Business Accounting    £ 49 hər imtahan üçün

  • Operational Level                                    £ 81 hər imtahan üçün

  • Managerial Level                                     £ 81 hər imtahan üçün

  • Strategic Level                                       £ 87 hər imtahan üçün

  • TOPCIMA                                              £ 160

  • Gecikdirilmiş qeydiyyat                            £ 205

  • Çox gecikdirilmiş qeydiyyat                      £ 411

  • İmtahanın/mərkəzin dəyişdirilməsi           £ 0

  • İmtahanın/mərkəzin gec dəyişdirilməsi     £ 66

* £ = Böyük Britaniya funt-sterlinqi

Sənədlərin Göndərilməsi

  • Sənədlərin göndərilməsi / Bakı - London /                      0 AZN

CIMA üzrə hazırlıq kursları keçmiş və indiki tələbələrimiz üçün ödənişsizdir. Müştəri CIMA üzrə hazırlıq kurslarından birində iştirak etdiyi təqdirdə, GRBS®  İnzibati Dəstək xidməti üzrə ödənilən məbləği geri götürmək hüququnu verir.

TÖVSİYƏ MƏKTUBU

Azərbaycan gənclərinin karyera imkanlarını daha da genişləndirmək məqsədi ilə GRBS ilə Ernst & Young Holdings (CIS) BV-nin Azərbaycan nümayəndəliyi arasında strateji əməkdaşlıq münasibətləri qurulmuşdur.

 

Daim öz müştərilərini yeniliklərlə sevindirən GRBS bu strateji əməkdaşlıq vasitədi ilə peşəkar karyerasını Ernst & Young ilə başlamaq istəyənlər üçün unikal bir imkan təqdim edir.

 

Belə ki, Ernst & Young Azərbaycan və GRBS arasında olan əməkdaşlığa əsasən GRBS təhsilini uğurla bitirmiş, Mühasibat Uçotu və ya  Beynəlxalq Maliyyə Hesabatı Standartlarını yaxşı bilən və işlə təmin olunmaq arzusunda olan şəxslər Ernst & Young Azərbaycan nümayəndəliyində işə qəbul olunmaq üçün Tövsiyə Məktubu alacaqlar.

Tövsiyə məktubunun üstünlükləri

Tövsiyyə məktubu ilə işə qəbulun üstün cəhəti ondan ibarətdir ki, əldə edilmiş razılaşmaya əsasən Tövsiyə Məktubuna almağa müvəffəq olmuş şəxslər Ernst & Young şirkətində işə qəbul zamanı bütün imtahanları verir, lakin mühasibat uçotu üzrə onun imtahan nəticələri nəzərə alınmır. Beləliklə namizəd mühasibat uçotu üzrə imtahandan keçməsə belə, növbəti mərhələyə çağırılır.

Müraciət qaydaları

Namizəd GRBS tərəfindən Tövsiyə Məktubu almaq üçün ilk növbədə yazılı şəkildə ipq@grbs.com elektron poçt ünvanına müraciət məktubu göndərməlidir. Məktubda özünüz haqqında məlumat (ad, soyad və əlaqə nömrələri) və GRBS-də keçdiyiniz kursun adını və keçirilmə tarixini qeyd edin.

 

Məktubun nümunəsi:

 

------------------

Hörmətli GRBS,

Mən, Elnur Əhmədov XX May XXXX-ci il  tarixlərində ACCA F3 Financial Accounting kursunda uğurla iştirak etmişəm. Xahiş edirəm, Ernst & Young şirkətinə işə qəbul zamanı təqdim etmək üçün mənə tövsiyə məktubu verilməsi haqqında müraciətimə baxasınız.

 

Əlaqə nömrələrim: 000 000 00 00

 

Hörmətlə,

Elnur Əhmədov

----------------------

 

Müraciətlər il boyu qəbul olunur. Müraciətiniz əsasında GRBS-də iştirak etdiyiniz kursla bağlı bütün sənədlər toplanaraq Daxili Komissiyaya təqdim edilir.

Daxili Komissiya toplanılmış sənədləri qiymətləndirərək müraciət vermiş şəxsə Tövsiyə Məktubunun verilib-verilməməsi haqqında qərar verir.

Tövsiyə Məktubu Komissiyanın qərarı ilə, ərizəçinin performansından asılı olaraq "Yüksək Tövsiyə Edilən" və "Tövsiyə Edilən" olmaqla 2 səviyyədən biri ola bilər.

Şəffaflığı təmin etmək məqsədilə müsbət rəy almış şəxslərin Tövsiyə Məktubunun statusu məxfi saxlanılmaqla birbaşa Ernst & Young şirkətinə göndərilir və məzmunu açıqlanmadan bu haqda namizəd məlumatlandırılır.

Uyğunluq kriteriyaları

GRBS-dən Tövsiyə Məktubu almaq üçün namizəd aşağıdakı kriteriyalara uyğun gəlməlidir:

  1. GRBS-də təlimlərdə iştirak etmək və aşağıdakı şərtlərdən birinə uyğun olmaq
    • aşağıdakı istiqamətlərdən hər hansı birində uğurla iştirak etmək:
      • ACCA F3 Financial Accounting;
      • CIMA C02 Fundamentals of Financial Accounting;
      • Mühasibat Uçotu üzrə milli Sertifikat;
      • ACCA DipIFR;
      • Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;və ya
    • GRBS-də hər hansı bir təlimdə iştirak etmək və yuxarıdakı hər hansı bir təlim üzrə sertifikatlaşdırıcı imtahanı uğurla vermək və ya imtahandan azad olunmaq;
  2. Yüksək səviyyəli yazılı və şifahi ingilis dili bacarıqlarına malik olmaq (upper intermediate, TOEFL  ingilis dili (həmçinin seçim zamanı rus dilini bilənlərə üstünlük verilir);
  3. İştirak etdiyiniz kursda tələb olunan göstəriciləriniz: son sınaq imtahandan 50%-dən çox nəticə əldə etmək və dərslərin 80%-dən çoxunda iştirak etmək;
  4. 18-35 yaş həddinə uyğun olmaq;
Əlaqə
Tövsiyə Məktubu haqqında daha ətraflı məlumat almaq, müraciət etmək və ya sullarınızı yönləndirmək üçün +(994 12) 437 10 51/61 nömrəli telefonlara zəng edərək və ya ipq@grbs.com

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: