Xəbərlərə abunə olun Treninqlər üçün onlayn qeydiyyat
Print Mail Share
MӘLUMAT SORĞU BLANKI

ATTESTATION \ Xəbərlər

4 may 2015

Regionun aparıcı və novator təşkilatı olan GRBS® -də 9 ilə yaxındır ki, “Sanitar-Gigiyena Laboratoriyası” fəaliyyət göstərir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS Milli Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmuş (Attestat №AZ 031.01.10.0219.07) laboratoriya müasir avadanlıqlarla təchiz edilib. “Sanitar-Gigiyena Laboratoriyası” iş yerlərinin attestasiyasını, həmçinin işçilər üçün ixtisaslaşmış təlim və konsultasiyalar həyata keçirir.

Bu barədə məlumat verən  GRBS® -in “Sanitar Gigiyena Laboratoriyası”nın rəhbəri Zərifə Hüseynova bildirdi ki, GRBS®-in  “Sanitar-Gigiyena Laboratoriyası” nəqliyyat, neftçıxarma, neft emalı və sairə sahələrdə respublikamızda  fəaliyyət göstərən ən iri təşkilatlarda (“Azərneftyağ” Neft Emalı zavodu,  “Ekol Mühəndislik Xidmətləri” QSC,  “SMİTH İNTERNATIONAL İNC.” Şirkətinin Azərbaycan Nümayəndəliyi, “NESTLE PRODUCTS EXPORT CORPORATİON” Şirkətinin Nümayəndəliyi, “Rolls-Royce İPEOPL” Şirkətinin Bakı filialı,  “Azərkörpü” ASC, “Azəri ” Fərdi Çoxprofilli Firması,  “AVM” Şirkəti və s. iri müəssisələrin attestasiyası həyata keçirilib. Ölkə Konstitusiyası və Əmək Məcəlləsinə görə hər bir Azərbaycan vətəndaşı sağlam iş şəraitində işləməlidir. Bunun üçün iş yerlərində sağlam və təhlükəsiz iş şərait yaradılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 mart 2000-ci ildə qəbul etdiyi 38 saylı Qərara əsasən, iş yerlərində təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün 5 ildən gec olmayaraq iş yerləri attestasiya olunmalı, attestasiya materialları isə 45 il müddətində saxlanmalıdır. GRBS®-in “Sanitar-Gigiyenik Laboratoriyası” da öz işini bu qanuna uyğun qurub və qanunun tələblərinə cavab verən bütün texniki vasitələr və normativ baza ilə təchiz olunub”.

Z. Hüseynova bildirdi ki, Əmək Məcəlləsinin 222 bəndinə uyğun olaraq işə götürən işçini attestasiya edib işə götürürsə, onu attestasiya olunmuş iş yeri ilə təmin etməlidir: “İş sahələrində təsadüf edilən kimyəvi, fiziki, bioloji və psixofizioloji faktorlar sanitar norma və qaydalara uyğun olmalıdır. Əkər işçinin əməyi sanitar norma və qaydaların tələblərinə uyğun olmayan iş yerlərində istismar olunursa bu onun sağlamlığına mənfi təsir göstərə bilər və buna görə müəssisə məsuliyyət daşıyır. İş prosesində işçi  peşə xəstəliyinə tutulduqda  isə  işə götürən tərəfindən ona müavinət ödənməlidir”.

Z. Hüseynova  GRBS®-in “Sanitar-Gigiyenik Laboratoriyası”nın müasir tələblərə cavab verən avadanlıqlarla təmin edildiyini də dedi:  “Laboratoriyada attestasiya aparmaq  üçün müasir tələblərə cavab verən bütün zəruri avadanlıq və cihazlar var. Attestasiya zamanı müəssisələrdə ölçmələr aparılır  yekunda  attestasiya və sanitar-texniki pasportlar təqdim olunur. Həmçinin  müəssisələrə  orqanizmə zərərlı təsir göstərən peşə faktorları və bu faktorlardan qorunma yolları,  onların aradan qaldırılma üsulları ilə təlimatlandırılırlar. Attestasiya zamanı mövcud iş şəraiti zamanı fiziki, kimyəvi, psixofizioloji faktorlar təyin edilir, onların orqanizmə göstərdiyi təsir hesablanır. Əkər iş yerində olan fiziki və kimyəvi  faktorlar normalara uyğun deyilsə bu o deməkdir ki, həmin müəssisədə işçinin sağlamlığına zərər dəyir. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün GRBS® -in “Sanitar-Gigiyenik Laboratoriyası” bütün müəssisələrə yüksək səviyyəli xidmətlər təklif edir”. 

 

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010 Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63
E: ipq@grbs.com

GRBS® 2013-

Join us on: