Xəbərlərə abunə olun Treninqlər üçün onlayn qeydiyyat
Print Mail Share
MӘLUMAT SORĞU BLANKI

ATTESTATION \ Xəbərlər

11 iyun 2015

Kommersiya təşkilatları arasında Azərbaycanda 2006-ci ildən etibarən fəaliyyət göstərən ilk “Sanitar-Gigiyena Laboratoriya” sizə xidmət etməkdən qürur duyur.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS Milli Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmuş (Attestat №AZ 031.01.10.0219.07) laboratoriya qanunun tələblərinə cavab verən bütün texniki vasitələr və normativ baza ilə təchiz olunub, müasir avadanlıqlarla təchiz edilib.

Azərbaycan Respublikasının Əmək məcəlləsinin "İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi"nə dair 64-cü maddəsinə əsasən və Nazirlər Kabinetinin iş yerlərində təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün 5 ildən gec olmayaraq iş yerləri attestasiya olunmasına dair 6 mart 2000-ci ildə qəbul etdiyi 38 saylı "iş yerlərinin attestasiyasının kecirilməsi qaydaları" Qərarı 6 mart 2000-ci ildə qəbul etdiyi 38 saylı Qərarını rəhbər tutaraq “Sanitar-Gigiyena Laboratoriyası” iş yerlərinin attestasiyasını, həmçinin işçilər üçün ixtisaslaşmış təlim və konsultasiyalar həyata keçirir. Laboratoriyamız sizə aşağıdakı xidmət paketini təqdim edir:

• Əməyin ağırlığı, əməyin gərginliyi, fiziki, kimyəvi və psixofizioloji faktorların müasir cihaz və avadanlıqlar vasitasilə beynəlxalq standartların norma və tələblərinə uyğun müayinəsi və ölçülməsi aparılaraq rəsmi rəyin verilməsi, əmək şəraiti üzrə iş yerlərinin attestasiya xəritəsinin və protokollarının tərtib edilməsi;
• Laborator analiz və ölçmələrin nəticələrinə əsasən əmək şəraitinin sanitar-texniki vəziyyəti haqqında pasportların tərtib edilməsi;
• İş yerlərinin attestasiyasının aparılması və attestasiya sənədləri ilə yanaşı, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması məqsədi ilə tədbirlər planının hazırlanması.

Məqsədimiz: İş yerlərində sağlam və təhlükəsiz iş şəraitinin təmin olunmasında Sizə yardımçı olmaq.

Xidmətimizin önəmliyi: İş yerlərinin attestasiyası Sizə fəaliyyət göstərdiyiniz sahədə daim ön sırada yer tutmaqda, ISO 14001:2004 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə cavab verməkdə, fəhlə və qulluqçuları iş şəraitinin qüvvədə olan sanitar norma və qaydalarına, əməyin mühafizəsi, təhlükəsizliyi qaydalarına uyğun iş yerləri ilə təmin etməkdə yardımçı olacaq.

Ölçmə faktorlari: Fiziki, kimyəvi, əməyin ağırlığı, əməyin gərginliyi psixofizioloji.

Ünvan:
S. Vurğun küç.77, Zabitlər Parkı, Bakı, Azərbaycan

Bizimlə əlaqə:
T/F: (+99412)437 10 51/61/71
M: (+99470) 606 99 66
E: attestation@grbs.com
www.grbs.com/attestation

 

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: ipq@grbs.com

GRBS® 2013-

Join us on: