ACCA Haqqında

 

SERTİFİKATLAŞDIRILMIŞ MÜHASİBLƏR ASSOSİASİYASI (ACCA-EY Sİ Sİ EY)

ACCA 432 min tələbə və 170 ölkədə 154 min üzvü olan dünyanın ən böyük və ən sürətlə inkişaf edən beynəlxalq mühasibat təşkilatıdır. Onun məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar, qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir. ACCA ən yüksək professionallıq, etika və  idarəetmə standartlarına nail olmaq və bu standartları təbliğ etmək, həmçinin ictimai marağın artırılması üçün çalışır. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır. Onun uzun sürən ənənələri müasir düşüncə ilə tamamlanır və əsasən gənc, dinamik üzvlər tərəfindən davam etdirilir. (QEYD: bu səhifədə əks olunan məlumatlar ACCA-in rəsmi internet saytından götürülmüşdür: www.accaglobal.com)

 
ACCA-in Yeni Kvalifikasiyası

ACCA-in tamhüquqlu üzvü olmaq məqsədilə ACCA kvalifikasiyası üzrə 1 Yanvar 2013-ci il tarixindən sonra qeydiyyatdan keçmiş hər bir şəxs:

  • 14 imtahan verməli (doqquzundan azad olma imkanı var);
  • Ən azı üç illik iş təcrübəsinə malik olmalı;
  • Peşəkar Etika modulunu keçməlidir.

Yeni Kvalifikasiyaya keçən cari tələbələr üçün Peşəkar Etika modulu zəruri olmasa da, onların bu modulu keçməsi bəyənilir.

Yeni ACCA Kvalifikasiyası iki mərhələdən (pillədən) ibarətdir: Fundamentals Professional.

 
Fundamentals mərhələsi

Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir. Bu fənlərə hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

 
Fundamentals mərhələsi
Knowledge modulu

F1 Accountant in Business (AB)

F2 Management Accounting (MA)

F3 Financial Accounting (FA)

Skills modulu

F4 Corporate and Business Law (CL)

F5 Performance Management (PM)

F6 Taxation (TX)

F7 Financial Reporting (FR)

F8 Audit and Assurance (AA)

F9 Financial Management (FM)

 
Professional Mərhələsi

Professional mərhələsi iki modula bölünür: Essentials (əsas fənlər) (P1-P3) və Options (əlavə, fakültativ fənlər) (P4-P7). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun nəzərdə tutulmuş şəkildə (tərtib olunmuşdur) hazırlanmışdır. Bu mərhələnin tədris proqramı artıq mövcud texniki bacarıqların artırılmasına, peşə bacarıqlarının daha dərindən öyrənilməsinə, habelə yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsinə yönəlib. Bütün namizədlər Essentials modulunun hər üç fənnini bitirməlidirlər. Options modulu dörd imtahandan ibarətdir. Bu imtahanların məzmunu Fundamentals səviyyəsinin Skills modulundakı ekvivalent imtahanların məzmuna əsaslanır. Namizədlər dörd fakültativ fəndən ikisini seçməlidirlər.

Professional mərhələsi

Essentials modulu

 

 

 

P1 Professional Accountant (PA)

P2 Corporate Reporting (CR)

P3 Business Analysis (BA)

Options modulu

P4 Advanced Financial Management (AFM) 

P5 Advanced Performance Management (APM)

P6 Advanced Taxation (ATX)

P7 Advanced Audit and Assurance (AAA)

 
 
ACCA İmtahan Strukturu və Qaydaları
Proqram 14 imtahandan ibarətdir. Bütün imtahanlar İngilis dilindədir və iki mərhələyə ayrılır:
  • Fundamentals Mərhələsinə 9 əsas imtahan daxildir.
  • Professional Mərhələsinə 2 fakültativ və 3 əsas imtahan daxildir.

Hər sessiyada 2-3 imtahan verməklə bütün proqram 2-3 ilə tamamlanır. Bütün Fənlərin Keçid Ballı (100%-dən) 50%-dir. Namizəd bir imtahan sessiyasında fənlərin ardıcıllığını pozmadan 4 imtahana qədər verə bilər. Knowledge modulun imtahanları 2 saat davam edir. Bunlar həm kompüter-əsaslı (CBEs) (avtomatik qiymətqoyma və nəticələrin təyin edilməsi dərhal bilinir), həm də kağız üzərində yazılan ənənəvi imtahandan ibarətdir. CBE Yeni kvalifikasiyada Knowledge modulundan başqa heç bir digər səviyyələrdə təqdim olunmur. Skills modulunun və Professional səviyyənin imtahanları 3 saat 15 dəqiqə davam edəcək və bu imtahanlar müxtəlif qiymətləndirmə metodlarından istifadə edərək qısa cavab tələb edən suallar, genişləndirilmiş hesablama çalışmaları, esselər, ssenarilər və tipik olmayan hadisələrə əsaslanmış nümunələrdən ibarət olacaqdır.

 

Sertifikatlaşdırılmış Mühasib olmaq üçün sizdən 14 imtahanın hamısının verilməsi tələb olunur. ACCA-in praktik təcrübəsi tələblərini yerinə yetirməli və onlayn rejimində Peşə Etikası modulunu bitirməlisiniz. Praktik işin tələbi - işəgötürənin rəhbərliyi altında 3 illik mühasibat sahəsində iş təcrübəsidir. Bu təcrübə, ACCA-dən əvvəl, ACCA müddətində, və ya ACCA-dən sonra əldə edilə bilər.

ACCA imtahanını vermək üçün Siz:
  • ACCA-yə tələbə kimi qeydiyyatdan keçməlisiniz;
  • Konkret imtahana yazılmalısınız.
 
Qeydiyyat haqqı

 

  1. İlkin abunə haqqı (qeydiyyat zamanı ödənilir) - £*79
  2. İllik abunə haqqı (birinci qeydiyyatdan sonrakı ilin Yanvarın birindən etibarən ödənilir) - £ 79
  3. Yenidən qeydə alma - £ 79, qeydiyyatdan çıxma zamanı hər hansı ödənilməmiş məbləğə əlavə olaraq.

İmtahan və ya imtahandan azad olma haqqı hər imtahandan əvvəl ödənilməlidir - qiymətlər Dekabr 2011-ci ilə qədər etibarlıdır:

 

  • Knowledge     £ 64 hər imtahan üçün   
  • Skills             £ 81 hər imtahan üçün    
  • Professional   £ 94 hər imtahan üçün 
* £ = Great Britain Pound

Daha ətraflı məlumat Bazar günündən başlayaraq Cümə gününə qədər altı gün ərzində fərdi xahiş əsasında ACCA Contact xidmətindən əldə edilə bilər.

ACCA Connect
2 Central Quay
89 Hydepark Street
Glasgow
United Kingdom
G3 8BW


General Enquires:
info@accaglobal.com
Student Enquires: students@accaglobal.com
Member Enquires: members@accaglobal.com
tel: +44 (0)141 582 2000
fax: +44 (0)141 582 2222

 

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: