F3 Financial Accounting


 

İmtahan mövzuları
  • Maliyyə Hesabatlarının Məzmunu və Məqsədləri
  • Maliyyə Məlumatının Keyfiyyət Göstəriciləri və Mühasibat Uçotunun Əsas Dayaqları
  • İkili Qeydiyyat Sisteminin Tətbiq Edilməsi və Mühasibat Uçotu Sistemi
  • Əməliyyatların və Hadisələrin Qeydiyyatı
  • Yoxlama Balansının Tərtib Edilməsi
  • Əsas Maliyyə Hesabatlarının Tərtib Edilməsi
Məqsəd

Maliyyə uçotuna aid olan əsas prinsiplərin, konsepsiyaların, qaydaların və əsas maliyyə hesabatların hazırlanması nəzərə olunmaqla ikili qeydiyyat üsulunun tətbiq edilməsinə dair texniki bacarıqların dərk edilməsi və mənimsənilməsi.

İmtahan

Kompüter əsasında təşkil olunmuş və ya yazılı şəkildə, 2 saat davamlılığı olan imtahan 50 mütləq sualdan və hər bir sual bir və ya bir neçə hissədən ibarətdir.

Kurs haqqında təfsilatlı məlumat

Kursun növü:

Taught + Revision

Tədris dili:

İngilis

Qiymət:

680 AZN

Qiymətə daxildir:

Praktiki və nəzəri icmal hissələri, Aralıq İmtahanları, Sınaq İmtahanı, ACCA-in rəsmi təsdiqlədiyi nəşriyyatın zəruri tədris materialların tam paketi (Study Text, Practice and Revision Kit) və çay-kofe fasilələri daxildir.
 

Ümumi müddət:

54 saat

Keçirilmə ünvanı:

Səməd Vurğun küçəsi 77 • Zabitlər Parkı • Baku AZ1022, Azərbaycan

 

Qeydiyyat

Qeydiyyatdan keçmək istəyən şəxs aşağıdaki üsullardan birini seçə bilər:

1. ONLAYN rejimdə qeydiyyat (daha sürətli və rahat servis).

2. Faks və ya E-mail: Qeydiyyat Formasını doldurub qeyd olunan nömrələrə  (994 12) 437-10-51/ 61 və ya ipq@grbs.com elektron poçt ünvanına göndərin. Qeydiyyat formasını bizə göndərdikdən sonra, müştəri xidməti mərkəzimizin əməkdaşları sizinlə 24 saat ərzində əlaqə saxlayacaqdır.

 

3. Kursa başlamazdan öncə, müvafiq kurs üzrə bilik səviyyəsini müəyyənləşdirmək üçün Qiymətləndirmə testindən keçmək tələb olunur(!). Xidmətin qiyməti 40 AZN-dir. Hazırlıq kursa yazılmaqla bağlı müqavilə imzalandıqdan sonra 40 AZN kursun ödənişdən çıxılır.

 

Qiymətləndirmə testinin günləri:

Bazar ertəsi, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə saat 19:00 - 20:00.


Yerlər məhduddur, ən qısa zamanda qeydiyyatdan keçməyinizi tövsiyə edirik.
Müvəffəqiyyətliliyin təminatı

Əgər "Taught+Revision" kursunda iştirak etmək üçün tövsiyələrimizə riayət etsəniz və aşağıdakı ÜÇ şərti təmin etsəniz, inanırıq ki, Sizin imtahanı müvəffəqiyyətlə verməyə əla şansınız var:

  1. Taught+Revision kursunda davamlı şəkildə iştirak etmək
  2. Hər iki Aralıq Testdə minimum 50% toplamaq
  3. Yoxlama imtahanında minimum 50% toplamaq

 

Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilərsə, LAKİN bununla belə tələbə imtahandan kəsilərsə, bu halda  GRBS®   tələbələrin təkrarən kurslarda iştirakını PULSUZ təmin edir və ikinci dəfə imtahanda iştirak etmək üçün təkrar qeydiyyat haqqını öz üzərinə götürür. Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilmədən, tələbə imtahandan kəsilərsə, tələbənin təkrarən kursda iştirakı kursun iştirak haqqının 50%-nı ödəməklə mümkün olacaq.

 

Knowledge Module pilləsi üzrə imtahanlar

ACCA tərəfindən Kompüterləşdirilmiş İmtahanların təşkil edilməsi və idarə edilməsi üçün lisenziyalaşdırılmış GRBS® böyük məmnuniyyətlə sizi ACCA Knowledge Module (F1-F3 fənləri) üzrə imtahanlarda iştirak etməyə dəvət edir. Siz GRBS-in imtahan mərkəzində imtahan tarixi üçün münasib vaxt seçə bilərsiniz.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Endirimlər
  • GRBS® eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2-10 iştirakçı  üçün 10%, 11-20 iştirakçı üçün 15%, 21-40 iştirakçı üçün 20%, 41-60 iştirakçı üçün 25%, 61-80 iştirakçı üçün 30%, 81 və daha artıq iştirakçı üçün 35% endirim təklif olunur (daha ətraflı)
  • 5% kvalifikasiyalar üzrə hər ardıcıl kursda iştirak edənlərə (yalnız fiziki şəxslər üçün)
  • 10% - 16 yaşdan 25 yaşa qədər olan şəxslərə
  • 10% - bakalavr pilləsində təhsil alan tələbələrə
  • 10% - dövlət sahəsində çalışan işçilərə
  • Hərbi xidmətdən son 1 il ərzində tərxis olunmuş hər bir gənc oğlana 21 % və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir
  • GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün xüsusi endirimlər tətbiq edir (daha ətraflı)

Xüsusi qeydlər:

  • Müştəri yalnız bir endirim təklifindən yararlana bilər
Dosta tövsiyə
  • Əgər Sizin tövsiyənizlə dostunuz/həmkarınız ACCA üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün kursun dəyərindən 38 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 38 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz ACCA üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Siz GRBS®-də keçirilən hazırlıq kurslarını iki nəfərdən artıq olmayaraq dostunuza və ya həmkarınıza tövsiyə edə bilərsiniz.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.
Qeydiyyatın təxirəsalınma və ləğv edilmə proseduru

Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə GRBS®-in Beynəlxalq Peşəkar Kvalifikasiyalar istiqamətinin nümayəndələrinə təmsilçilərinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 7 (yeddi) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-i həcmində cərimə ödənilməlidir.Kursun başlanma tarixindən sonra qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olan müştərilərimiz kurs haqqının 100%-həcmində cərimə ödəməlidirlər.

Xaricdən olan müştərilər üçün
GRBS® aşağıdakı əlavə xidmətləri təqdim edir: müştərinin qarşılanması və müşayiəti, oteldə yerləşdirilmə və mədəni-əyləncəvi proqramlar (daha ətraflı). 

For more detailed information on ACCA Preparatory Courses please download

THE ACCA COURSES BROCHURE 

More information on ACCA Qualification is avalaible at www.accaglobal.com

28 M/St, Baku Central Hub • Pushkin Street –Demir Yol Plaza, 15,16th floors • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: