Международные аккредитации

Maliyyə idarəetmə uçotu üzrə Beynəlxalq Akkreditasiya

2008-ci ildən Azərbaycanda ilk CIMA  (The Chartered İnstitute of Management

Accountants), Tuition Provider statusunu almış bir tədris mərkəziyik. CIMA dünyanın 170 ölkəsində 203 min tələbəsi olan böyük beynəlxalq mühasibat uçotu orqanlarından biridir. CİMA biznes fəaliyyətinə aid mühasibat uçotunda diqqətini cəmləşdirən, idarəetmə uçotu sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkar kvalifikasiyanı təklif edən aparıcı üzvlük orqanıdır. GRBS, 2009-cu ildən etibarən Azərbaycanda CİMA-nın ilk Rəsmi Kompüterləşdirilmiş İmtahan Mərkəsi olaraq fəaliyyət göstərir.

 

Milli Mühasibat və Audit üzrə Beynəlxalq Akkreditasiya

CNAA (Sertifikatlaşdırılmış Milli Mühasib və Auditor Kvalifikasiyası) mühasib və auditorlar üçün beynəlxalq səviyyədə tanınan və Maliyyə Mühasibat Uçotu Standartlarına və müvafiq qanunvericiliyə əsaslanan Azərbaycanda ilk və yeganə milli peşəkar kvalifikasiyadır. CNAA Kvalifikasiyası Azərbaycan Respublikasının Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində təqdim edilir.

 

Mühasibatlíq və Audit üzrə Beynəlxalq Akkreditasiya

2008-ci ildən etibarən ACCA-in Qızıl Statuslu adına layiq görülmüş Azərbaycanda ilk və yeganə Rəsmi Tədris partnyorudur . ACCA (Association of Chartered Certified Accountants ) 109 illik tarixli 432 min tələbə və 170 ölkədə 154 min üzvü olan dünyanın ən böyük və ən sürətlə inkişaf edən beynəlxalq mühasibat təşkilatıdır. Onun məqsədi dünya üzrə mühasibatlıq , maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar , qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir . Eyni zamanda , GRBS 2009-cu ildən etibarən Azərbaycanda ACCA-in ilk Rəsmi Kompyuterləşdirilmiş İmtahan Mərkəzi olaraq fəaliyyət göstərir.

 

1C Proqram Təminatı

GRBS Şirkətlər Qrupu Azərbaycanda Rusiyanın nüfuzlu təşkilatı olan 1C-in 47173-AZ nömrəli rəsmi Sertifikatlaşdırılmış tədris mərkəzidir.

Sertifikatlaşdırılmış Daxili Auditor

Sertifikatlaşdırılmış Daxili Auditor (CIA) sertifikasiyası daxili auditorlar üçün dünyada qəbul olunan tək sertifikatlaşdırmadır və fiziki şəxslərin daxili audit sahəsində öz səriştələrini və peşəkarlıqlarını nümayiş etdirdikləri standart olaraq qalır. GRBS®, 2014-cü ilin may ayından etibarən CIA kurslarını Azərbaycanda ilk dəfə olaraq ingilis dili ilə yanaşı Azərbaycan dilində də tədris edir və rəsmi mərkəz statusunun alınması mərhələsindədir.

Sağlamlıq və Əməyin Mühafizəsi üzrə Beynəlxalq Akkreditasiya

Qlobal aləmdə SƏTƏM üzrə ən populyar kvalifikasiya olan NEBOSH (The National Examination Board in Occupational Safety and Health) özəl və ictimai sahədə fəaliyyət göstərən istənilən müəssisənin sağlamlıq, təhlükəsizlik, ətraf mühit və riskin idarə olunması kimi tələblərinə cavab verə biləcək beynəlxalq səviyyədə tanınan kvalifikasiyadır. GRBS, 2010-cu ildə 764 nömrə ilə təsdiqlənmiş Azərbaycanda ilk və yeganə Akkreditə Edilmiş NEBOSH tədris mərkəzidir.

Layihələrin İdarə Edilməsi üzrə Beynəlxalq Akkreditasiya

GRBS, 185-dən çox ölkədə fəaliyyət göstərən və 40 illik təcrübəyə malik Layihə İdarəetməsi İnstitutunun (Project Management İnstitute) Azərbaycanda eksklüziv Akkreditə edilmiş Təhsil mərkəzidir (Project Management İnstitute Registered Education Provider). Layihələrin İdarə Edilməsi istiqaməti üzrə tərəfimizdən keçirilən təlimlər Amerika Birləşmiş Ştatlarında yerləşən Layihələrin İdarə Edilməsi İnstitutu tərəfindən təsdiqlənmişdir.

GRBS Beynəlxalq Tədris Mərkəzi Cambridge English Language Assessment Exam Preparation Mərkəzi olaraq 6 səviyyədə Ümumi İngilis dili kursları (Beginner, Elementary, Pre-Intermediate, Intermediate, Upper-Intermediate, Advanced), Beynəlxalq imtahanlara hazırlıq kursları (IELTS, TOEFL, GMAT, SAT,GRE, ICFE, KET, PET, FCE, CAE, CPE) və Peşəkar ingilis dili kursları (İşgüzar ingilis dili, Neft və qaz sahəsində ingilis dili, Tibb sahəsində ingilis dili, Polislər üçün ingilis dili) xidmətləri göstərir.

GRBS Beynəlxalq Tədris Mərkəzi “English Movie Night” layihəsini təqdim edir. Movie Night-da iştirak etməklə tələbələr ingilis dilində filmləri izləmək və onları müzakirə

30 sentyabr 2011-ci il tarixindən etibarən GRBS Şirkətlər Qrupu Avstraliyanın İDP (İnternational Development Program) Education-ın Azərbaycanda rəsmi  nümayəndəliyidir. İDP Education dünya bazarında tələbələri xarici ölkələrdə təhsil almaq məqsədi ilə yerləşdirilməsi sahəsində 40 ildən artıq təcrübəyə malikdir. Dünyada 29 ölkədə 90 ofisi olan İDP-nin Bakıdaki ofisi sayca 77-dir. İDP Azerbaijan tələbələrə 5 ölkə üzrə xidmət göstərir. Bunlar Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zellandiyadır.İDP Education universitetlər və dövlət qurumları ilə ciddi peşəkar standartlar altında birgə fəaliyyət göstərir və artıq 300 000 tələbə xaricdə təhsil almaq məqsədi ilə İDP Education təşkilatına müraciət edirlər.

NCC Education Böyük Britaniyada IT və Biznes sahələrində təhsil təqdim edən aparıcı təşkilatdır. NCC Education ali təhsil proqramları ilə dünyanın 40dan çox ölkəsində məşhurdur. Təşkilatın əsas məqsədi keyfiyyətli təhsili Böyük Britaniya və digər qərb ölkələrində yaşamaq imkanı olmayan insanlar üçün əlçatan etməkdir. GRBS NCC  Education təşkilatının Foundation proqramı üzrə akkreditə olunmuş partnyorudur.

IELTS (International English Language Testing System), TOEFL İBT (Test of English as a Foreign Language) və üzrə rəsmi test mərkəzi olaraq bu sahələr üzrə yüksək peşəkarlıqla testlər keçirilir. Bu testlər müxtəlif xarici universitetlərdə təhsil almaq istəyənlər üçün universitetlərə sənədlərin göndərilməsinin əsas komponentlərindən biridir.

GRBS Şirkətlər Qrupu 2014-cü ilin aprel ayından Pearson VUE  irkətinin rəsmi test mərkəzidir. Pearson VUE patentlərin verilməsi, sertifikatlaşdırma, akademik qəbul, tənzimləmə və hökumət test xidməti bazarlarındakı bütün dünyadan olan müştərilər üçün ildə milyonlarla yüksək dərəcəli testlər təmin edir. O, 175 ölkədə 5.100-dən çox test mərkəzi olan dünyanın aparıcı test mərkəzi şəbəkəsinə malikdir; bu test mərkəzlərin 400-ü tam sahibli və funksional Pearson Peşəkar Mərkəzidir. Pearson Peşəkar Mərkəzləri xüsusi olaraq yüksək dərəcəli testlər üçün yaradılmış və diqqətlə nəzarət olunan, ardıcıl test mühitini təklif edən patent sahibi olan dizayndan istifadə edir. Pearson VUE dünyanın ən böyük kommersiya test şirkəti və təhsil nəşri olan dəyəri $9 milyard olan “Pearson plc” korporasiyasının bir hissəsidir.

“Advocatus International "MMC aşağıdakı istiqamətlərdə peşəkar hüquqi xidmətləri təklif edir: korporativ qanunvericilik, müqavilə qanunvericiliyi, vergi qanunvericiliyi və ailə qanunvericiliyi üzrə məsələlərin həll edilməsi xidmətləri, hüquqi və fiziki şəxsin qeydiyyatı xidmətləri, həmçinin hüquqi və fiziki şəxslərə hüquqi məsləhət vermə xidmətləri; miqrasiya  anunvericiliyi məsələlərinin həlli xidməti, o cümlədən xarici vətəndaşlar üçün Azərbaycan Respublikasının ərazisində qalmaq və işləmək üçün icazənin verilməsi və vətəndaşlıq  əsələlərinin həlli.

Biz “Noah’s Ark” otelində, bq apartamentlərində və rezidensiyalarında mehmanxana xidmətlərini təklif edirik. Noah’s Ark” oteli Azərbaycanın paytaxtı Bakıda, UNESCO-nun ümumdünya mədəni irsi siyahısına daxil edilən gözəl və füsunkar İçəri Şəhərdə yerləşir. Bizim 5 ulduzlu xidmətləri göstərən 3 ulduzlu otelimiz Keyfiyyət İdarəetmə Sistemi - İSO 9001-2008 tərəfindən təsdiqlənmiş ilk Azərbaycan otelidir. bq apartamentləri və rezidensiyaları Azərbaycanı ziyarət edən qonaqlara bütün ölkə ərazisində yeıiəşən mənzil və villaları təklif edir.          

GRBS Şirkətlər Qrupuna daxil olan “FAST FOOD INTERNATİONAL” şirkətinin əsas missiyası  Restoran və Keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaq, Azərbaycan əhalisini təbii tərkibli qidalarla, saf və ekoloji cəhətdən təmiz məhsullarla hazırlanmış qida və içkilərlə təmin etməkdir. Biz beynəlxalq restoranlar şəbəkəsinin Azərbaycanda master françayz sahibiyik.

“Psytech Azərbaycan "MMC psixotexnologiya sahəsində xidmətlər təklif edən ölkənin ilk peşəkar təşkilatıdır. Təşkilat 4 əsas istiqamət ilə bağlı 100% məxfiliyi qorumaqla yüksək səviyyəli xidmətlər təklif edir: psixometrik test, psixofiziolojı tədqiqat, profiling yaradılması və psixoloji məsləhət vermə. “Psytech Azərbaycan” həmçinin şirkətlərlə işə götürmə, kadr hazırlığı və inkişafı, onların qiymətləndirilməsi və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq edir. “Psytech Azərbaycan”ın əsas məqsədi effektiv heyətin idarə etmə artımını professional şəkildə asanlaşdırılmaqdırdır.

GRBS® Şirkətlər Qrupuna daxil olan bütün şirkət və təşkilatlarda biznes idarə edilməsi sistemi beynəlxalq standart olan İSO 9001:2008/ Keyfiyyət İdarə Etmə Sistemi ilə həyata keçirilir. GRBS®-də Keyfiyyət İdarə Etmə Sistemi UKAS-a daxil olan Moody International tərəfindən sertifikatlaşdırıcı audit aparılaraq təsdiqlənib. Qeyd edək ki, GRBS® Şirkərlər Qrupuna daxil olan 29 may 2012-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış. Bakı Beynəlxalq Peşə Məktəbinin maddi-texniki bazası kimi də fəaliyyət göstərən “Noah’s Ark” oteli 2011-ci ilin dekabrından başlayaraq Azərbaycanda Keyfiyyət İdarə Etmə Sistemi ilə fəaliyyət göstərən ilk 3 ulduzlu oteldir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS Milli Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmuş ( Attestat №AZ 031.01.10.0219.07) Sanitar-Gigiyena Laboratoriyası şirkət/müəssisə,idarə və təşkilatlar üçün aşağıdakı xidmətləri göstərir. Əməyin ağırlığı, əməyin gərginliyi, fiziki, kimyəvi və psixofizioloji faktorların müasir cihaz və avadanlıqlar vasitasilə beynəlxalq standartların normativ tələblərinə uyğun müayinəsi və ölçülməsi, aparılacaq rəsmi rəyin verilməsi, əmək şəraiti üzrə iş yerlərinin attestasiya xəritəsinin və protokolların tərtib edilməsi, Laborator analiz və ölçmələrin nəticələrinə əsasən əmək şəraitinin sanitar-texniki vəziyyəti haqqında pasportların tərtib edilməsi, iş yerlərinin attestasiyasının aparılması və attestasiya sənədləri ilə yanaşı, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması məqsədi ilə tədbirlər planının hazırlanması.

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • E: mail@grbs.com

© 2013- GRBS® GROUP OF COMPANIES LLC

Join us on: