Quality Management System

04 Dekabr 2006 cı il tarixinə qədər Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən təşkilatlarda o cümlədən orta təhsil, orta ixtisas,peşə ixtisas, ortaibtidai,ali  və alternativ təhsil sahələri üzrə fəaliyyət göstərən təşkilatların hec birində mövcud olmayan keyfiyyət idarəetmə sistemi ölkəmizdə ilk dəfə təhsil sahəsində fəaliyyət göstərən GRBS, onun rəhbəri Bəhram Qurbanovun təşəbbüsü və iradəsi nəticəsində daxili əmrlə tətbiq olunmuşdur.

 

 İdarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırılması “Moody International” Ltd-yə həvalə olunmuş və01.07.2007-ci il tarixindəISO 9001:2000 üzrəsertifikatlaşdırıçı audit keçirilərək sertifikatlaşdırılmışdır.

 

“Moody International” Ltd  UKAS (United Kingdom Accreditation Service) tərəfindən akkreditasiya olunmuş standartlaşdırma və sertifikatlaşdırma  təşkilatıdır.

 

ISO 9001:2008 standartı müştərilərin tələblərinə uyğun məhsul və xidmət istehsal etmək və reallaşdırmaq üçün mövcud olan əməliyyatların (biznes proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən standartlar əsasında fəaliyyət göstərməyi sertifikatlaşdırdığı müəssisələr üçün icbari edir.

 

Hal hazırda da ISO dəyərlərinə sadiq qalmaqla bu tələblər uğurla bütün fəaliyyətimizin bütün istiqamətlərinə tətbiq edilir.

 

GRBS Group of Companies fəaliyyəti ISO 9001:2008 standartının tələbinə uyğun şəkildə siyasət, hədəf və prosedurları əsasında həyata keçirilir.

 

GRBS Group of Companies fəaliyyətini qabaqcadan müəyyənləşdirilmiş qısa və uzun müddətli hədəf/planlar əsasında təşkil edir. GRBS rəhbəri tərəfindən rüblük və illik təhlillər nəticəsində hədəf/planlar müəyyənləşdirilir və onlara çatma mexanizmi müəyyənləşdirilərək tətbiq olunur.

 

GRBS Group of Companies olaraq  ISO 9001:2008 standartının tətbiqi nəticəsində aşağıdakılara nail olunmuşdur:

 

  1. Müştəri məmnunluğu
  2. Keyfiyyətin yüksəldilməsi 
  3. Effektiv proseduraların tətbiqi
  4. Yüksək imic
  5. Xərclərin azalması
  6. Məhsuldarlığın yüksəlməsi
  7. Bazardakı payın və gəlirlərin  artması
  8. Vaxtında xidmət

 

GRBS Group of Companies olaraq psosesləri idarə etmək üçün qabaqcadan 9 əsas və 7 əlavə (alt) prosedurlar/Siyasət  işlənib hazırlanmış və uğurla idarə olunmaqdadır.

 

GRBS Group of Companies olaraq fəaliyyət sahəsində Siyasət,yəni gedəcəyi yolu müəyyənləşdirib. Hər bir atılacaq addım müəyyənləşdirilmiş siyasətə uyğun şəkildə həyata keçirilir. 

 

Bazarda müxtəlif çeşidli biznes xidmətləri təklif edən GRBS Group of Companies keyfiyyətin fasiləsiz inkişaf edən bir proses olduğuna inanaraq, keyfiyyət idarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı ilə bağlı aşağıdakıları mühüm hesab edir və onları daima yerinə yetirməyi öhdəsinə götürür:

 

  1. ISO 9001 beynəlxalq standartında və Azərbaycan Respublikasının keyfiyyətlə bağlı qanunvericilik normaları və digər normativ hüquqi aktlarında qarşıya qoyulan bütün tələblərə əməl etmək.
  2. Keyfiyyət idarəetmə sistemini daima yaxşılaşdırmaq və inkişaf etdirmək məqsədilə idarəetmədə müasir yanaşmanı tətbiq etmək, müasir avadanlıq və informasiya texnologiyalarından istifadə etmək.
  3. Keyfiyyət idarəetmə sistemini tətbiq etməklə xidmətlərimizin keyfiyyətinə təsir edə biləcək bütün prosesləri davamlı və fasiləsiz olaraq yaxşılaşdırmaq və bütün proseslərdə “Sıfır Xəta” və 100% keyfiyyət səviyyəsinə nail olmaq üçün çalışmaq.
  4. Keyfiyyət idarəetmə sisteminin daima inkişaf etdirilməsi üçün əzmlə, qarşılıqlı inam və işbirliyi şəklində çalışan bütün işçilərimizin keyfiyyətin təmin olunmasında iştirakını təmin etmək və onların mütəmadi maarif­ləndirilməsini həyata keçirmək.
  5. Keyfiyyət idarəetmə sisteminin beynəlxalq və milli tələblərə uyğunluğunu rəhbərlik və işçilərin iştirakı ilə keçirilən toplantılarda müzakirə edərək uyğunluq səviyyəsinin hər zaman yüksək olmasını təmin etmək.
  6. Biznes xidmətləri sektorunda keyfiyyət baxımından LİDER olmaq.

 

  

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 • E: mail@grbs.com

© 2013- GRBS® GROUP OF COMPANIES LLC

Join us on: