Son 7 ildə müxtəlif mütərəqqi təhsil xidmətlərini uğurla göstərən GRBS® öz sosial layihələrində də təhsil-tədris ilə bağlı layihələrə daima üstünlük verir. Bununla təşkilat cəmiyyətimizin maarifləndirilməsində öz vacib rolunu çox gözəl anladığını nümayiş etdirir.
GRBS® 13 oktyabr 2011-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 5-ci yubiley Məzun Yarmarkasında iştirak etmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan bu yarmarkada 100-ə yaxın dövlət qurumu, şirkət, holdinq və banklar iştirak edirdi.
Son zamanlar ölkəmizdə dövlət sektorunda aparılan islahatlar çərçivəsində kadrların peşəkarlıq səviyyəsinin artırılması prioritet məsələlərdən birinə çevrilmişdir. Elə 8 sentyabr 2011-ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimindəki çıxışında növbəti fikirləri qeyd edərək bu məsələnin vacibliyinə toxunmuşdur.
“Noah’s Ark” mehmanxanası mütəmadi olaraq mehmanxana biznesində baş verən yenilikləri araşdırır və qonaqların rahatlığını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirir.